Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də saat 21:00-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Avstriya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Avstriya oyununu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Stefan Studer, onun köməkçiləri Manuel Navarro, Sandro Pozzi, dördüncü hakim isə Alan Byeri olacaq.
Oyunun hakim-inspektoru italiyalı Luciano Luci, UEFA nümayəndəsi isə estoniyalı Oleq Harlamov olacaq.
Azərbaycan-Avstriya oyununun hakimləri bəlli olub
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də saat 21:00-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Avstriya oyununu idarə edəcək hakimlər müəyyənləşib.