...

Azərbaycan ərazisində oktyabrın ilk günü buludlu və yağışlı olacaq

Cəmiyyət Materials 30 Sentyabr 2011 14:08 (UTC +04:00)
Azərbaycan ərazisində oktyabrın ilk günü buludlu və yağışlı olacaq
Azərbaycan ərazisində oktyabrın ilk günü buludlu və yağışlı olacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ərazisində oktyabrın ilk günü buludlu və yağışlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 01-də yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti