...

Humboldt Universitetinin nümayəndələri Azərbaycanın regionlarına səfər ediblər

Cəmiyyət Materials 6 Oktyabr 2011 13:35 (UTC +04:00)
Almaniyanın Humboldt Universitetinin Azərbaycanda səfərdə olan müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.
Humboldt Universitetinin nümayəndələri Azərbaycanın regionlarına səfər ediblər

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Almaniyanın Humboldt Universitetinin Azərbaycanda səfərdə olan müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qonaqları qəbul edən Rayon İcra Hakimiyyətinin başçıcı Səbuhi Abdullayev görüşdə qədim Albaniyanın paytaxtı olan Qəbələ haqqında, Qəbələnin iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib.

Daha sonra qonaqlar bir zamanlar qədim Albaniyanın paytaxtı, bu gün isə Qəbələ şəhərinin xarabalıqları olan Çuxur qoruğu ilə tanış olublar.

Humboldt Universitetinin nümayəndələri cümə axşamı Qəbələnin Nic kəndi ilə tanışlıqdan sonra Şəki şəhərinə yola düşəcəklər. Şəkidə Xan Sarayı, İpək toxuma müəssisəsinə gedəcək, Kiş kəndi və Tarix muzeyini ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti