...

"Azsertservis" MMC-nin tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanının və sınaq laboratoriyasının akkreditasiya attestatı ləğv edilib

Cəmiyyət Materials 10 Oktyabr 2011 13:26 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə "Azsertservis" MMC-nin tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanının və sınaq laboratoriyasının akkreditasiya attestatı ləğv edilib.
"Azsertservis" MMC-nin tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanının və sınaq laboratoriyasının akkreditasiya attestatı ləğv edilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir N.İsmayılova/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə "Azsertservis" MMC-nin tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanının və sınaq laboratoriyasının akkreditasiya attestatı ləğv edilib.

Trend-in qurumun mətbuat xidmətinin bazar ertəsi yaydığı press-relizə istinadən yaydığı məlumata görə, komitənin qərarı ilə təşkil edilmiş komissiya tərəfindən "Azsertservis" MMC-nin orqanı və laboratoriyasında müfəttiş nəzarəti aparılıb. Nəzarət nəticəsində sertifikatlaşdırma işlərinin aparılması zamanı və sınaq laboratoriyasının fəaliyyətində bir sıra pozuntular müəyyən olunub. Belə ki, fəaliyyəti dövründə "Azsertservis" MMC-nin tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanı sertifikatlaşdırma üçün qəbul olunan sifarişlərin təhlilini aparmayıb, ГОСТ 125-79 standartının tələblərinə uyğun olaraq gips əsaslı suvaq (gəc) materialının 10 keyfiyyət göstəricisi olduğu halda, faktiki olaraq 4-nün sınaq nəticələrinə əsaslanaraq uyğunluq sertifikatı verib.

Bundan başqa "beton qarışığı" məhsuluna uyğunluq sertifikatının verilməsi üçün Bakı şəhərindən götürülən nümunələrin sınaq üçün Lənkərana aparılması zamanı standartın tələblərində nəzərdə tutulmuş qaydalara riayət olunmadığı, bununla belə həmin nümunələrin sınaqlarının nəticələrinə əsaslanaraq, həmçinin ГОСТ 7473-94 standartının tələblərinə uyğun olaraq beton qarışıqlarının 6 keyfiyyət göstəricisi olduğu halda, faktiki olaraq 2-sinin sınaq nəticəsinə əsaslanaraq məhsula uyğunluq sertifikatının verildiyi müəyyən olunub.

Müfəttiş nəzarəti nəticəsində "Azsertservis" MMC-nin sınaq laboratoriyasında nümunələrin qəbulu və sınaqların aparılmasının nəticələrini təsdiq edən qeydiyyatların olmadığı, laboratoriya mütəxəssislərinin standartın tələbinə uyğun sınaqları apara bilməməsi, ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub.

Aşkar olunmuş pozuntularla əlaqədar "Azsertservis" MMC-nin tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqanına 14 iyun 2011-ci ildə verilmiş və sınaq laboratoriyasına 11 noyabr 2009-cu ildə verilmiş akkreditasiya attestatı ləğv edilib.

Xəbər lenti

Xəbər lenti