...

Azərbaycanda çayların sululuq səviyyəsi açıqlanıb

Cəmiyyət Materials 12 Oktyabr 2011 15:30 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublika çaylarında sululuğun səviyyəsini açıqlayıb.
Azərbaycanda çayların sululuq səviyyəsi açıqlanıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublika çaylarında sululuğun səviyyəsini açıqlayıb.

Trend-in məlumatına görə, Nazirliyin mətbuat xidmətindən çərşənbə günü bildirilib ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 80-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR çaylarında isə normanın 80-90 faizini təşkil edir.

Hazırda Kür çayının aşağı axınında Surra məntəqəsində suyun səviyyəsi 429 sm (2010-cu il oktyabrın 12-də 462 sm), Şirvanda 330 sm (386 sm), Salyanda 353 sm (424 sm), Bankədə 251 sm (265 sm), Araz çayının Novruzlu məntəqəsində isə 215 sm (220 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti