...

Əli Əhmədov: Azərbaycanın 20 illik müstəqilliyi gələcək inkişafın dayaq nöqtəsi olacaq

Cəmiyyət Materials 12 Oktyabr 2011 20:09 (UTC +04:00)
Azərbaycanın 20 illik müstəqilliyi bundan sonrakı daha sürətli inkişafın dayaq nöqtəsi olacaq.
Əli Əhmədov: Azərbaycanın 20 illik müstəqilliyi gələcək inkişafın dayaq nöqtəsi olacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın 20 illik müstəqilliyi bundan sonrakı daha sürətli inkişafın dayaq nöqtəsi olacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Yeni Azərbaycan
Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

"Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının XX əsrin sonlarında əldə etdiyi böyük nemətdir və bu memətin bəhrələrini hər bir Azərbaycan vətəndaşı görməkdədir", - o deyib.

Əhmədovun sözlərinə görə, Azərbaycanın 20 il ərzində keçdiyi əzəmətli yüksəliş dövrü Azərbaycanın həm dövlətçiliyinin möhkəmlənməsinə gətirib çıxarıb, həm də iqtisadiyyatının yüksəlməsinə, vətəndaşlarının rifahının yaxşılaşmasına səbəb olub.

"Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünü siyasi partiyalar, ictimai təşkilatlar böyük qürur hissi ilə qeyd etməkdədirlər", - Əhmədov deyib.

Çərşənbə günü Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması ilə əlaqədar tədbiri keçirilib.

Xəbər lenti

Xəbər lenti