...

Uzun ömrün mutasiyası aşkar edilib

Cəmiyyət Materials 16 Oktyabr 2011 14:00 (UTC +04:00)
Hollandiyalı alimlər 115 yaşında vəfat etmiş qadının geninin şifrini açıblar və onda ağıl zəifliyi və digər ahıl xəstəliklərinin yaranmasından qoruyan nadir genetik dəyişiklik aşkar ediblər
Uzun ömrün mutasiyası aşkar edilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Hollandiyalı alimlər 115 yaşında vəfat etmiş qadının geninin şifrini açıblar və onda ağıl zəifliyi və digər ahıl xəstəliklərinin yaranmasından qoruyan nadir genetik dəyişiklik aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə ВВС xəbər verir.

Hələ elmi mətbuata təqdim olunmayan məlumatlar ABŞ-ın İnsan Genetikası Cəmiyyətinin (American Society of Human Genetics) illik görüşündə açıqlanıb.

Uzunömürlü qadının adı çəkilmir. O, "W115" kodu altında tanınır. Onun dünyaya gələrkən yarımçıq doğulduğu məlumdur. Həkimlər onun sağ qalacağına ümid etmirdilər. Ölümündən qabaq o, öz bədənini elmə vəsiyyət edib ki, bu da alimlərə onun genetik kodunu tam şəkildə tərtib etməyə imkan verib.

O da məlumdur ki, nənə 113 yaşında olarkən əqli bacarıqlarının aşkar olunması üçün testdən keçib. Nəticədə onun tapşırıqların öhdəsindən 65-70 yaşlı qadının səviyyəsində gəldiyi məlum olub. Qadının ölümündən sonra aparılan müayinə isə onun damarlarında tıxanmanın olmadığını göstərib.

Xəbər lenti

Xəbər lenti