Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda soyğunçuluqda şübhəli bilinən İran vətəndaşı saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən İran vətəndaşı Kamran Arayeşkar, Bakı şəhər sakinləri Nahid Əlizadə və Qabil Abbasov oktyabrın 15-də tutulublar. Məlum olub ki, onlar sentyabrın 30-da Sabir küçəsində Bakı şəhər sakini Lyudmila Bayramovanın içərisində 150 manat və mobil telefon olan əl çantasını, oktyabrın 11-də isə Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində qəsəbə sakini Səbinə Ovçuyevanın içərisində müxtəlif əşyalar olan əl çantasını əlindən alaraq qaçıblar.
Bakıda soyğunçuluqda şübhəli bilinən İran vətəndaşı saxlanılıb
Bakıda soyğunçuluqda şübhəli bilinən İran vətəndaşı saxlanılıb