...

Ekologiya Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü qeyd olunub

Cəmiyyət Materials 17 Oktyabr 2011 16:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində bazar ertəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ekologiya Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyində bazar ertəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

Nazir qeyd edib ki, bu gün də ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün işlər aparılır.

Bağırov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf xəttinin uğurla həyata keçirilməsi üçün nazirliyin kollektivi səylərini əsirgəməyəcək.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edən millət vəkili Fəttah Heydərov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı da çıxış edib.

Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə peşə bayramı ərəfəsində nazirliyin "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi" medalları və "Əməkdar mühəndis" adına layiq görülmüş bir qrup əməkdaşına mükafatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti