...

Məhkumlar arasında voleybol yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2011 16:09 (UTC +04:00)
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Penitensiar Xidmət üzrə keçirilən voleybol turnirinə yekun vurulub.
Məhkumlar arasında voleybol yarışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Penitensiar Xidmət üzrə keçirilən voleybol turnirinə yekun vurulub.

Trend-in məlumatına görə, 2 saylı cəzaçəkmə müəssisəsində keçirilən turnirin finalında 9 saylı cəzaçəkmə müəssisəsinin "Zirvə" komandası ilə 2 saylı cəzaçəkmə müəssisəsinin "İstiqlal" komandaları görüşüblər.

Voleybol turnirinin final oyunu tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 2 saylı cəzaçəkmə müəssisəsinin "İstiqlal" komandası qalib gəlib.

Yarışın sonunda qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin hazırladığı diplom və kuboklarla təltif olunub, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə Penitensiar Xidmətin rəhbərliyi, Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, Azərbaycan Voleybol Federasiyasının məşqçi və hakimləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən "Müstəqilliyimiz dönməzdir, əbədidir" adlı fotostendə baxış keçirilib.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə iştirakçıları təbrik edərək bütün ölkədə olduğu kimi, bu əlamətdar günlə bağlı Penitensiar Xidmət üzrə də geniş tədbirlər keçirildiyini bildirib.

Qeyd edilib ki, Gənclər və İdman Nazirliyi ilə Penitensiar Xidmət arasında əməkdaşlıq artıq ənənə halını alıb, cəza çəkənlərin sağlamlıqlarının qorunması və asudə vaxtlarının təşkilində həyata keçirilən tədbirlərin rolu xeyli artıb.

Xəbər lenti

Xəbər lenti