...

Azərbaycanda demoqrafiya və sağlamlıq sorğusunun keçirilməsi yekunlaşıb

Cəmiyyət Materials 26 Oktyabr 2011 14:24 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi əhali arasında demoqrafiya və sağlamlıq sorğusunun keçirilməsini başa çatdırıb.
Azərbaycanda demoqrafiya və sağlamlıq sorğusunun keçirilməsi yekunlaşıb

Azərbaycan, Bakı, 26 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi əhali arasında demoqrafiya və sağlamlıq sorğusunun keçirilməsini başa çatdırıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilən DSS 2006-cı ildə istifadə olunmuş metodologiyaya əsaslanıb.

Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ, Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edib.

Sorğu aləti kimi Ev Təsərrüfatının Sorğu Vərəqəsi və Qadın Sorğu Vərəqəsindən istifadə edilib.

Ev Təsərrüfatının Sorğu Vərəqəsinə ev təsərrüfatının xarakteristikası, 0-5 yaşlı uşaqlarda və 15-49 yaşlı qadınlarda boy, çəki və hemoqlobinin səviyyəsinin ölçülməsi daxildir.

Qadın Sorğu Vərəqəsində isə sosial-demoqrafik xüsusiyyətlər, nəsilartırma qabiliyyəti, kontrasepsiya, hamiləlik, doğuşdan sonrakı qulluq, uşağın immunizasiyası və sağlamlığı, uşağın və qadının qidalanması, ailə vəziyyəti, uşaq doğulmasına üstünlük verilməsi, ər haqqında əsas məlumat, qadınların məşğulluq fəaliyyəti, QİÇS və cinsi yolla keçən digər xəstəliklər, sağlamlıq barədə digər suallar əks olunub.

Sorğunun statistik təhlilinin nəticələri və son hesabat 2012-ci ilin sonuna kimi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti