...

Azərbaycan gənclərinin xaricdə təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizmi sadələşdirilməlidir - nazir

Cəmiyyət Materials 2 Noyabr 2011 15:12 (UTC +04:00)
Azərbaycanın təhsil naziri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə oxuyan tələbələrin təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizminin sadələşdirilməsini təklif edib.
Azərbaycan gənclərinin xaricdə təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizmi sadələşdirilməlidir - nazir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə oxuyan tələbələrin təhsil almasına çəkilən xərclərin maliyyələşdirmə mexanizminin sadələşdirilməsini təklif edib.

Trend-in məlumatına görə, Mərdanov "Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu" mövzusunda Bakıda keçirilən konfransda deyib ki, hər bir tələbənin özününün təsdiqlənmiş hesabı olmalıdır.

Nazirin fikrincə, vəsait həmin hesaba köçürülsə, təhsil xərclərinin maliyyələşdirilməsi daha tez başa gələ bilər.

Onun sözlərinə görə, hazırda Dövlət Proqramı çərçivəsində xaricdə 835 azərbaycanlı təhsil alır. Onların 47 faizi bakalavr, 33 faizi magistratura, 16 faizi rezidentura, 4 faizi isə aspiranturada təhsil alır. Xaricdə oxuyan azərbaycanlı gənclərin 199-u Türkiyə, 151-i Almaniya, 148-i Böyük Britaniya, 84-ü Kanada, 59-u Rusiya, 35-i Fransa, 24-ü Koreya, 25-i Niderlandda təhsil alır.

Mərdanov deyib ki, 2015-ci ilə qədər qarşıya qoyulan hədəfə çatmaq, yəni 5000-ə yaxın gəncin xaricdə təhsil alması üçün hər il Dövlət Neft Fondundan 10-15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti