...

Azərbaycanda yaş həddi ilə bağlı təhsil işçilərinin çalışma müddətinin uzadılmasına yanvardan başlanılacaq

Cəmiyyət Materials 2 Noyabr 2011 15:54 (UTC +04:00)
Dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində yaş həddinə çatmış işçilərin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarların icrasına yanvardan başlanılacaq.
Azərbaycanda yaş həddi ilə bağlı təhsil işçilərinin çalışma müddətinin uzadılmasına yanvardan başlanılacaq

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində yaş həddinə çatmış işçilərin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarların icrasına yanvardan başlanılacaq. Bunu çərşənbə günü Trend-ə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, hazırda Nazirlər Kabinetinin bununla bağlı çıxardığı qərarın icrasına hazırlıq işlərinə başlanılıb.

Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nı təsdiq edib.

Qərara görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olmasıdır.

Xəbər lenti

Xəbər lenti