...

Azərbaycan və Belarusun təhsil sənədləri qarşılıqlı şəkildə tanınacaq

Cəmiyyət Materials 4 Noyabr 2011 14:12 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" sazişi təsdiqləyib.
Azərbaycan və Belarusun təhsil sənədləri qarşılıqlı şəkildə tanınacaq

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın Milli Məclisi "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" sazişi təsdiqləyib. Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, saziş bu il iyulun 8-də Bakıda imzalanıb.

Xaricdə təhsil alanların diplomlarının tanınması məqsədilə Təhsil Nazirliyinin Aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor yaradılıb.

Ötən il bu sektora diplomların tanınması və nostrifikasiyası ilə bağlı 947 müraciət daxil olub. Müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya və ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib.

Sektor tərəfindən bir il ərzində təqdim edilmiş sənədlər arasında 56 qeyri-qanuni fakt aşkarlanıb və onların Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti