Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda vakant olan hakim vəzifələrinə namizədlər üçün test imtahanının ikinci fazası - yazılı imtahan noyabrın 20-də keçiriləcək.
Bu barədə cümə axşamı Trend-ə Hakimlərin Seçki Komitəsindən (HSK) məlumat verilib.
Məlumata görə, imtahan saat 11:00-da Bakı İdman Sarayında keçiriləcək.
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini noyabrın 17-dən başlayaraq, iş vaxtı ərzində, HSK-dən şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.