...

QHT-lərə Dövlət Dəstəyi Şurasında yeni qanun layihələri müzakirə edilib

Cəmiyyət Materials 17 Noyabr 2011 19:10 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanmış yeni qanun layihələri bu gün ekspertlərin iştirakı ilə müzakirə edilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasında yeni qanun layihələri müzakirə edilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanmış yeni qanun layihələri bu gün ekspertlərin iştirakı ilə müzakirə edilib.

Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, tədbiri Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov açaraq müzakirə olunacaq "Sosial sifariş haqqında" qanun layihəsi və "Korporativ sosial məsuliyyət haqqında" çərçivə sənədinin ictimai fəaliyyət üçün vacib əhəmiyyət daşıdığını bildirib.

"Sosial sifariş haqqında" qanun layihəsinin ayrı-ayrı müddəaları və maddələri geniş fikir mübadiləsinə səbəb olub. Bunlarla bağlı ümumi və konkret qeyd və təkliflər irəli sürülüb, layihənin daha da təkmilləşdirilməsi məqsədəuyğun sayılıb.

Müzakirələrdə "Korporativ sosial məsuliyyət haqqında" sənədin konseptual mahiyyəti və icra mexanizmləri ilə bağlı fikir ayrılığı olub. Çıxış edən ekspertlər sənədin "kodeks" və ya "xartiya" formasında işlənməsini və bu yöndə bir sıra təkmilləşdirmələrin aparılmasını vacib sayıblar. Eyni zamanda, qeyd edilib ki, bu sənədin həm biznes strukturları, həm də ictimai qurumlar tərəfindən birgə müzakirəsinə ehtiyac var.

Müzakirələrdə tanınmış hüquqşünas və iqtisadçılar iştirak ediblər.

Sənədlər dekabrın 7-də ictimai müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti