...

Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla bağlı keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 19 Noyabr 2011 16:37 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı şənbə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı açıqlanıb.
Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla bağlı keçirilən imtahanın nəticələri açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı şənbə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı açıqlanıb.

Trend-in Ədliyyə Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, imtahanlarda 136 namizəd 55 və daha artıq bal toplayıb.

Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə bildirib ki, imtahanda iştirak etmək üçün 350-dən çox namizəd müraciət edib. O deyib ki, test imtahanlarında iştirak üçün namizədlərin yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayət edib.

Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək. Vakant ştat vahidləri əsasən, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.

İmtahanda iştirak edən namizədlər, əsasən, gənclər olub. Hər 3 namizəddən biri qadın olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Arzu Bağırov isə jurnalistlərə bildirib ki, test imtahanında namizədin hüquqi biliklərinin, məntiqi nəticə çıxarmaq qabiliyyətinin və ümumi dünyagörünüşünü müəyyən etmək üçün 100 sual təqdim olunub.

O bildirib ki, imtahanda 55 və daha artıq bal toplamış, həmçinin bundan sonra aparılmış yoxlamanın nəticələrinə əsasən, qanunvericiliklə ədliyyə orqanlarında çalışmaq üçün müəyyən edilmiş tələblərə cavab verən şəxslər II mərhələyə - söhbətə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti