...

BDU gələn ildən tibbi molekulyar biologiya ixtisası üzrə magistr hazırlığına başlayacaq

Cəmiyyət Materials 22 Noyabr 2011 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir İ.İsabalayeva/

Növbəti tədris ilindən Bakı Dövlət Universiteti (BDU) İngiltərənin Vestminster Universiteti ilə imzalanmış müqavilə əsasında tibbi molekulyar biologiya ixtisası üzrə magistr hazırlığına başlayacaq. Bunu çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə bu ixtisas üzrə 15 tələbənin qəbul edilməsi, sonrakı illərdə isə plan yerlərinin sayının 50-dək artırılması nəzərdə tutulur.

Universitetin biologiya fakültəsinin dekanı Akif Quliyev isə Trend-ə bildirib ki, tibbi molekulyar biologiya üzrə magistraturaya qəbul olanlar distant təhsil ala biləcəklər. Artıq Vestminster Universiteti distant təhsilin təşkili məqsədilə BDU üçün bir sıra lazımi avadanlıqlar alıb.

Dekan deyib ki, tələbələr magistraturanı bitirdikdən sonra həm BDU-nun, həm də Vestminster Universitetinin ikili magistr diplomunu alacaqlar.

Xəbər lenti

Xəbər lenti