Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq. Bu barədə cümə axşamı Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. Bununla əlaqədar qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal, həmçinin Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.