...

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında 3 hərfli kombinasiyalar tətbiq oluna bilər

Cəmiyyət Materials 29 Noyabr 2011 14:40 (UTC +04:00)
Azərbaycanda gələcəkdə avtomobillərin dövlət nömrə nişanlarında 3 hərfli kombinasiyalar tətbiq oluna bilər.
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında 3 hərfli kombinasiyalar tətbiq oluna bilər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda gələcəkdə avtomobillərin dövlət nömrə nişanlarında 3 hərfli kombinasiyalar tətbiq oluna bilər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Trend-in sualına cavab olaraq bildirib ki, dövlət nömrə nişanlarında 3 hərfli kombinasiyaların tətbiqinə hələlik ehtiyac duyulmur, lakin gələcəkdə ehtiyac olarsa, bu məsələ müsbət həll oluna bilər.

"Hələlik avtomobilərin dövlət nömrə nişanlarında 3 hərfli kombinasiyaların tətbiqinə ehtiyac duyulmur. Lazım olsa, bu, gələcəkdə müzakirə olunaraq tətbiq ediləcək", - o deyib.

Bir müddət öncə avtomobillərin dövlət nömrə nişanlarının standartlarında dəyişiklik edilib.

Dövlət nömrə nişanlarındakı dəyişikliyə görə, nişanının üzərinə Azərbaycanın dövlət bayrağı dalğalı formada deyil, artıq düzbucaq formasında vurulur. Həmçinin, nömrələrin üzərində olan yazıların qopmaması üçün yeni standartlar qəbul olunub.

Eyni zamanda, şablonda yazı üçün seçilmiş şrift də dəyişilib. Yeni standartlarda avtomobil sahibi və avtomobil barədə məlumatlar da əksini tapıb.

Xəbər lenti

Xəbər lenti