...

Azərbaycanda bu il istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 83 nəfər ölüb

Cəmiyyət Materials 30 Noyabr 2011 10:43 (UTC +04:00)
Azərbaycanda bu ilin 10 ayı ərzində iş yerlərində baş vermiş bədbəxt hadisələrin sayı əvvəlki illərlə müqayisədə artıb.
Azərbaycanda bu il istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 83 nəfər ölüb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 10 ayı ərzində iş yerlərində baş vermiş bədbəxt hadisələrin sayı əvvəlki illərlə müqayisədə artıb.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev çərşənbə günü jurnalistlərə bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu say 73 fakt artıb.

Nazirlik rəsmisi bu ilin 10 ayı ərzində 300-ə qədər bədbəxt hadisə baş verdiyini, nəticədə 83 nəfərin dünyasını dəyişdiyini qeyd edib.

Onun sözlərinə görə, bu hallar ən çox tikinti və neft sektorunda baş verib. Təkcə 7 nəfər daş karxanasında ölüb.

Tağıyev bildirib ki, iş yerlərində bədbəxt hadisələrin sayının çoxluğu işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları yaradılması tədbirlərinə laqeyd münasibət göstərməsi ilə bağlıdır.

Tağıyev iş yerlərində baş vermiş bədbəxt hadisələrlə bağlı prokurorluq orqanlarında da araşdırmalar aparıldığını deyib, həbs tədbirlərinin görülməsini istisna etmədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti