...

Rövnəq Abdullayev: Berti Foqtsla müqavilənin artırılması barədə qərarın düzgün olacağına inanıram

Cəmiyyət Materials 30 Noyabr 2011 17:55 (UTC +04:00)
Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram.
Rövnəq Abdullayev: Berti Foqtsla müqavilənin artırılması barədə qərarın düzgün olacağına inanıram

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Mehdiyev/

Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram. Trend-in məlumatına görə, bunu çərşənbə günü İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər uzadılıb. Trend-in məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin çərşənbə günü keçirilən iclasında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti