...

Azərbaycan paralimpiyaçıları Dünya Oyunlarında qızıl və bürünc medal qazanıblar

Cəmiyyət Materials 4 Dekabr 2011 11:46 (UTC +04:00)
Azərbaycan paralimpiyaçıları Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində keçirilən Dünya Oyunlarında qızıl və bürünc medal qazanıblar
Azərbaycan paralimpiyaçıları Dünya Oyunlarında qızıl və bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 4 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan paralimpiyaçıları Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində keçirilən Dünya Oyunlarında qızıl və bürünc medal qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətinin bazar günü yaydığı məlumatda bildirilir.

Yarışlarda Azərbaycan idmançılarından Allahverdi Allahverdiyev nizə atma üzrə birinci olaraq qızıl medal, Hüseyn Həsənov isə uzunluğa tullanma üzrə üçüncü nəticə göstərib.

Dekabrın 1-dən 7-dək İWASF-ın təqviminə əsasən keçirilən Dünya Oyunlarına Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə (amputant idmançılar arasında) milli komandası 8 nəfərlik heyətlə qatılır. İdmançılar 1 həftə ərzində medallar və 2012-ci il London Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparırlar.

Azərbaycan yığmasının heyətinə Oloxan Musayev (nüvə itələmə, disk atma), Mehman Ramazanzadə (nüvə itələmə, disk atma), Samir Nəbiyev (disk atma), Hüseyn Həsənov (uzunluğa tullanma, üç təkanla tullanma), Vügar Adışirinov (uzunluğa tullanma, üç təkanla tullanma), Bəhruz Bəşirov (nüvə itələmə, disk atma, nizə atma), Mədinət Abdullayeva (nüvə itələmə, disk atma, nizə atma), Allahverdi Allahverdiyev (nüvə itələmə, nizə atma) daxildir.

Xəbər lenti

Xəbər lenti