Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir İ.İsabalayeva/
Gələn il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün idarə və müəssisələrdə "Elektron əmr" proqramı fəaliyyət göstərəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, proqramın məqsədi tibb müəssisələrində kadrların uçot sisteminin avtomatlaşdırılmasıdır.
"Elektron əmr" (E-Əmr) proqramı üzrə artıq bu gündən treninqlərə start verilib.
Respublika üzrə tibb müəssisələrinin kadrlar işi üzrə mütəxəssislər üçün təşkil olunacaq təlimlər dekabrın 16-dək davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin