...

Tağı Əhmədov metroda gediş haqqının artırılmasına münasibət bildirib

Cəmiyyət Materials 8 Dekabr 2011 12:51 (UTC +04:00)
Bakı Metropoliteninin rəisi metroda gediş haqqının artırılması məsələsinə münasibətini açıqlayıb.
Tağı Əhmədov metroda gediş haqqının artırılmasına münasibət bildirib

Azərbaycan, Bakı, 8 dekabr / Trend müxbir M.Əliyev/

Bakı Metropoliteninin rəisi metroda gediş haqqının artırılması məsələsinə münasibətini açıqlayıb.

"Son günlər hamı soruşur ki, niyə metronun qiyməti 20 qəpik olub. Metronun qiymətini Tarif Şurası müəyyənləşdirir, Tağı Əhmədov yox", - Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda keçirilən konfransda Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Əhmədov bildirib ki, qiymətlə bağlı hər ay açıqlama verilir.

"Xaricdə, Avropada metronun qiyməti iki avroya yaxındır. Bunu götürəndə ən ucuz metro Azərbaycandadır", - Əhmədov deyib.

Onun sözlərinə görə, 1 sərnişinin daşınması 72 qəpiyə başa gəlir.

Xəbər lenti

Xəbər lenti