...

Azərbaycan Ekologiya Nazirliyi respublika çaylarında mövcud vəziyyəti öyrənib

Cəmiyyət Materials 9 Dekabr 2011 12:31 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti öyrənib.
Azərbaycan Ekologiya Nazirliyi respublika çaylarında mövcud vəziyyəti öyrənib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti öyrənib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Böyük Qafqaz çaylarında 95-185, Kiçik Qafqaz çaylarında 130-135, Naxçıvan MR çaylarında isə 85-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 140 kubmetr olmaqla, ongünlük normanın 89 faizini (2010-cu ildə 100 m3/s olmaqla 64 faiz) təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 89 kubmetr olmaqla, ongünlük normanın 77 faizini (2010-cu ildə 49 m3/s olmaqla 64 faiz) təşkil edir.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 573 sm (2010-cu il dekabrın 9-da 465 sm), Şirvanda 466 sm (2010-cu il dekabrın 9-da 370 sm), Salyanda 423 sm (2010-cu il dekabrın 9-da 178 sm), Bankədə 310 sm (2010-cu il dekabrın 9-da 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 298 sm (2010-cu il dekabrın 9-da 223 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti