...

Xəzəryanı ölkələr Bakıda nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə aydınlıq gətirəcəklər

Cəmiyyət Materials 13 Dekabr 2011 10:11 (UTC +04:00)
Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası Azərbaycan tərəfinin sədrliyi ilə dekabrın 14-16-da Bakıda keçiriləcək.
Xəzəryanı ölkələr Bakıda nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə aydınlıq gətirəcəklər

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası Azərbaycan tərəfinin sədrliyi ilə dekabrın 14-16-da Bakıda keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, iclasda Xəzəryanı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edəcək.

İclasın gündəliyinə əsasən, balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2010-2011-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2012-ci il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq.

İclasda nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcək. Belə ki, 18 noyabr 2010-cu ildə Xəzəryanı dövlətlərin başçılarının Bakıda keçirilmiş sammitində Qazaxıstan Prezidentinin irəli sürdüyü nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilmişdi. Bu təklifi həyata keçirmək məqsədilə Rusiya Federasiyası tərəfindən təklif edilmiş "Xəzər dənizində nərə cinsli balıqların ehtiyatlarının qorunması barədə" Saziş layihəsi iclasda müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti