Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Ali Məhkəməsinə müraciətlərin sayı artır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Rzayevin sözlərinə görə, hər il Ali Məhkəməyə müraciətlər 10 faiz artır. Onun fikrincə, bu, bir tendensiyadır.
Rzayev qeyd edib ki, ötən il Ali Məhkəmədə 5 min işə baxılmışdı. Keçən il bütün respublika üzrə məhkəmələrdə 120 minə yaxın işə baxılıb.