...

Bakıda məktəb tikintisi zamanı dövlət əmlakını mənimsəyən vəzifəli şəxs həbs edilib

Cəmiyyət Materials 5 Yanvar 2012 12:52 (UTC +04:00)
Məktəb tikintisi zamanı dövlət əmlakını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsi həbs edilib.
Bakıda məktəb tikintisi zamanı dövlət əmlakını mənimsəyən vəzifəli şəxs həbs edilib

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Məktəb tikintisi zamanı dövlət əmlakını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsi həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, "SNT-İnşaat" firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmləri artırılaraq dövlət vəsaitinin mənimsənilməsi barədə toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını 2006-2007-ci illər ərzində tikintisi ona həvalə edilmiş 239 nömrəli orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, həmin korpusun inşası zamanı müxtəlif vaxtlarda 23 157 manat dəyərində artırılmış işlər barədə 2006 və 2007-ci illərin işin qəbulu aktlarına və 2 nömrəli arayışların məzmununa bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri imzası ilə təsdiq edərək saxtalaşdırıb.

İş həcmlərinin artırılması hesabına əldə etdiyi, qeyd olunan pul vəsaitini mənimsəmə yolu ilə talayıb.

Törətdiyi cinayət əməllərinə görə Salman Cabbarova Cinayət Məcəlləsinin külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti