...

Hüseynqulu Bağırov: Ötən il Azərbaycanda ən az ağac qırılması kimi yadda qalıb

Cəmiyyət Materials 10 Yanvar 2012 17:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində çərşənbə axşamı nazirliyin əməkdaşları və QHT nümayəndələrin iştirakı ilə Azərbaycan ərazisində meşələrin vəziyyəti müzakirə olunub.
Hüseynqulu Bağırov: Ötən il Azərbaycanda ən az ağac qırılması kimi yadda qalıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyində çərşənbə axşamı nazirliyin əməkdaşları və QHT nümayəndələrin iştirakı ilə Azərbaycan ərazisində meşələrin vəziyyəti müzakirə olunub.

Trend-in məlumatına görə, iclasda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, son illər ölkə ərazisində meşə zolaqlarının artımı müşahidə olunur.

Onun sözlərinə görə, hazırda Azərbaycanda meşələrin mühafizəsi ilə bağlı çətin vəziyyət Lənkəran, Lerik və Astara bölgəsində mövcuddur. Nazir bunu onunla əlaqələndirib ki, bu bölgələrdə əhalinin nisbətən çox sıxlığı müşahidə olunur.

Bağırov qeyd edib ki, ötən il ölkə ərazisində ən az ağac qırılması kimi yadda qalıb. Onun sözlərinə görə, Azərbaycanda meşələrin ərazisi 0,4 faiz artıb.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb bölgə nümayəndəliyinin digər tərəflərlə birgə Lənkəran və Zaqatala meşələrində keçirdiyi monitorinqin nəticələri açıqlanıb.

Təqdim olunmuş materiallarda həmin ərazilərdə meşələrin mühafizəsinin təşkil olunduğu, böyük ərazilərdə yeni meşələrin salındığı göstərilib. Həmçinin qeyd olunub ki, əsas problem iribuynuzlu mal-qaranın saxlanıldığı ərazilərdə qeydə alınır.

Tədbirdə meşələrin mühafizəsi sahəsində QHT-lərin dövlət qurumları ilə birgə fəaliyyətinin vacibliyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti