Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanda torpaq islahatları ilə bağlı qanun layihəsi hazırlanacaq.
Trend-in məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Eldar İbrahimov bildirib ki, torpaqlarların əhaliyə verilməsi ilə bağlı Rusiya təcrübəsi nəzərdən keçiriləcək.
Onun sözlərinə görə, qanun layihəsinin Milli Məclisin payız sessiyasına kimi hazır olacağı gözlənilir.