Milli Təhlükəsizlik Nazirliyi Bakıda törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb

Milli Təhlükəsizlik Nazirliyi Bakıda törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyi Bakıda törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

MTN-in ictimai əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, nazirliyin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.

Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirib və digər hüquqazidd əməlləri törədiblər.

Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyevlə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş edib və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.

Rasim Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəklini təqdim edib. Balaqardaş Dadaşov terror aktının həyata kecirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün Rasim Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul verib.

Rasim Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə etmək bacarığına malik olan tanışı Əli Hüseynovlə cinayət əlaqəsinə girərək, Balaqardaş Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırıb və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını Əli Hüseynova verəcəyini vəd edib. Əli Hüseynov bu təkliflə razılaşdıqdan sonra qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün Rasim Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul verib. Rasim Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədikləri yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim edib. Əli Hüseynov terror aktını icra etmək məqsədilə Rasim Əliyevdən aldığı pulun bir hissəsini "BMW" markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləyib.

Əli Hüseynov həyatlarına sui-qəsd edəcək şəxslərin işlədikləri əraziyə bir neçə dəfə gəlib, kənardan gizli müşahidələr aparıb, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlib. Eyni zamanda, Əli Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə, xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırıb. Əli Hüseynov müşahidələrinin nəticəsi barədə Rasim Əliyevi məlumatlandırıb, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfənginin və "PM" tipli tapançanın əldə edilməsinin vacibliyini bildirib. Rasim Əliyev İrana gedərək Əli Hüseynovun təkliflərini Balaqardaş Dadaşova çatdırıb, sonuncu lazım olan silahların Azərbaycan Respublikasına gətirilməsinin təmin ediləcəyinə söz verib.

Bir müddətdən sonra Rasim Əliyev Balaqardaş Dadaşovla yenidən görüşmək üçün Ərdəbil şəhərinə gedib və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Əli Hüseynovla birgə topladıqları məlumatları ona çatdırıb. Balaqardaş Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyəni deyib və onların oradan götürülməsini Rasim Əliyevə tapşırıb. Lakin Rasim Əliyev odlu silahların tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirib və Əli Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını Balaqardaş Dadaşova verib. Balaqardaş Dadaşov həmin yaddaş kartını götürüb və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini Rasim Əliyevə bildirəcəyini deyib. Balaqardaş Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirib.

Balaqardaş Dadaşov 2011-ci ilin oktyabr ayında 1 ədəd "SVD" tipli snayper tüfəngi, həmin silaha məxsus 2 ədəd səsboğucu və 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd "PM" tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində "Charge Demolition M-112" yazıları olan "C4" kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanı gizli yolla İrandan Azərbaycana gətirilməsini və Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil edib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa catdıra bilməyərək yaxalanıblar. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.

Hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pandemiya ilə bağlı sahibkarlara dövlət zəmanəti ilə kredit verilməsinə dair yeni prosedur müəyyənləşib
Pandemiya ilə bağlı sahibkarlara dövlət zəmanəti ilə kredit verilməsinə dair yeni prosedur müəyyənləşib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
Loading Bars
Xəbər lenti
“Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir?
İtkin düşmüş hərbi qulluqçularla bağlı BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir - Dövlət Komissiyası
Euronews Ağdamın işğaldan azad olunması ilə bağlı sujet hazırlayıb (VİDEO)
Pandemiya ilə bağlı sahibkarlara dövlət zəmanəti ilə kredit verilməsinə dair yeni prosedur müəyyənləşib
Azərbaycan məşhur kəhrizlərin UNESCO-nun siyahısına salınması üçün addımlar ata bilər - İranlı mütəxəssis
İosif Stalin haqqında miflər və əfsanələr
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək
“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə veriləcək? - ƏSASNAMƏ
İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medalların Əsasnamələri təsdiqləndi (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Bu il istehsal olunan sənaye məhsullarının həcmi 30 milyard manatı ötüb
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi - Rauf Əliyev
“Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi
“Döyüşdə fərqlənməyə görə” medalı kimlərə veriləcək?
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqləndi
“Qarabağ” ordeninin statutu müəyyənləşib
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Ermənistan tamamilə məhv olmamaq üçün bir neçə rayonu könüllü təhvil verdi - Ekspert
Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı
Nazirlikdən şəhid ailələrinə veriləcək müavinətlə bağlı növbəti AÇIQLAMA
15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
Gəncədə sakinlərə tibbi maskalar paylanılıb (FOTO)
Şərqi Avropada ilk qadın prezident kimi tarixə düşən Vaira-Vike Freiberqa 83 yaşını qeyd edir (FOTO/VİDEO)
Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər
Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var
Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir (FOTO/VİDEO)
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu müəyyənləşib
Dekabrın 2-də manatın dollara qarşı məzənnəsi
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək - ETSN
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Hərbi əsirləri aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil - Dövlət Komissiyası
MBA proqramını bitirən məzunlar doktorantura təhsilini davam etdirə biləcəklər? - RƏSMİ AÇIQLAMA
NATO seminarında təxribata əl atan ermənilər susduruldu
Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb
BDU-dan qovulan tələbə bərpa edildi
Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə (FOTO)
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib
Laçın sakini: Biz ağlaya-ağlaya oranı tərk etdik, bu gün isə üzümüz gülür
Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı - Vüqar Rəhimzadə
Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL
Qazaxda qoruyucu maskadan istifadə etməyən 9 nəfərin sənədləri polisə göndərildi
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor
Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi
İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı
Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Azərbaycana dəstək sənədi qəbul edib
Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu
Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI
İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM
Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib
Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər
"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq - Nazirlik
Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı döyüş meydanında 44 gün ərzində məhv etdik
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Prezident İlham Əliyev döyüş meydanında Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
Prezident İlham Əliyev: Ermənistan ümumi taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Şabranda koronavirus xəstələri saxlanılıb (FOTO)
Azərbaycan Prezidenti: Bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər
Bütün xəbərlər