...

Bakıda və Abşeronda analoq TV-nin yayımı dayandırılacaq

Cəmiyyət Materials 23 Yanvar 2012 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir H.Vəliyev/

"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Bakıda və Abşeron yarımadasında telekanalların yayımı tamamilə rəqəmsal formata keçiriləcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən şənbə günü keçirilən kollegiya iclasında nazir müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, analoq formatında yayım dayandırılacaq.
"Eurovision-2012" mahnı müsabiqəsi başlayanadək Bakıda və paytaxt ətrafında analoq yayım tamamilə dayandırılacaq. Ölkənin digər rayonlarında da tədricən rəqəmsal formata keçid təmin olunacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, yüksək dəqiqlik formatında (HD TV- High Definition TV) tele və radio kanallar işə salınacaq. Hazırda Azərbaycan İctimai Televiziyası (İTV) ilə bu istiqamətdə işlər aparılır.

"Bu formatı biz üç telekanal üçün hazırlamışıq, lakin iki digər telekanallarda bu formatda çəkilişlər aparılmadığından biz hələlik bu işləri İTV ilə aparırıq. "Eirovision-2012" müsabiqəsinin çəkilişləri də HD formatında yayımlanacaq", - Məmmədov deyib.

İTV telekanalı Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin təşkilatçısı və yayımçısıdır.

Xəbər lenti

Xəbər lenti