...

Azərbaycanda magistraturaya sənəd qəbulunda ilk dəfə virtual ödəmə kartlarından istifadə ediləcək

Cəmiyyət Materials 1 Fevral 2012 11:42 (UTC +04:00)
Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq, virtual ödəmə kartlarından istifadə ediləcək.
Azərbaycanda magistraturaya sənəd qəbulunda ilk dəfə virtual ödəmə kartlarından istifadə ediləcək

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq, virtual ödəmə kartlarından istifadə ediləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının magistratura şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, virtual ödəmə kartlarını internet ödəmə və ya SMS vasitəsilə əldə etmək mümkün olacaq.

"Bu il artıq ənənəvi kağız ödəmə kartından deyil, virtual ödəmə kartlarından istifadə ediləcək. Ödəmə kartlarını virtual yolla internet ödəmə və ya SMS vasitəsilə əldə etmək mümkün olacaq. Göstərilən nömrəyə xidmət haqqı 2 manat olmaqla SMS göndərildikdən sonra iş nömrəsi və şifrə əldə ediləcək", - Əliyev əlavə edib.

Şöbə müdiri deyib ki, sənəd qəbulu zamanı elektron imzanın kütləvi olaraq tətbiq edilməsi mümkün olmayacaq. Yalnız elektron imzası olan bakalavrlar sənəd qəbulu zamanı ondan istifadə edə biləcəklər.

"Biz elektron imzanın tətbiqi üçün müvafiq qurumlara müraciət etmişdik. Müracitədə məqsəd bu idi ki, elektron imza daha qısa müddətə və az məbləğə verilsin. Adi qaydada elektron imzanı almaq üçün 30 manat rüsum ödənilməlidir. Amma aiddiyəti qurumlar bizim təklifimizi hələ həyata keçirə bilməyəcəklər. Ona görə də kimin elektron imzası varsa, o öz ərizəsini təsdiqləyə biləcək", - Əliyev bildirib.

Fevralın 8-dən Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu başlayır.

Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.

Xəbər lenti

Xəbər lenti