...

TRT Türkiyə televiziyasının fəaliyyətə başlamasından 44 il keçir

Cəmiyyət Materials 1 Fevral 2012 13:38 (UTC +04:00)
TRT Türkiyə televiziyasının fəaliyyətə başlamasında 44 il keçir.
TRT Türkiyə televiziyasının fəaliyyətə başlamasından 44 il keçir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

TRT Türkiyə televiziyasının fəaliyyətə başlamasında 44 il keçir.

Trend-in məlumatına görə, Türkiyə televiziya yayımında birinci kanal olaraq TRT 14 televiziya kanalı, 18 radio, 35 dil və ləhcədə veb saytları və 3 TV jurnalı olan dünyanın sayılıb seçilən qurumları sırasındadır.

Türkiyədə TRT ilk televiziya yayımına 31 yanvar 1968-ci ildə başlayıb. Ağ-qara yayımlar Ankarada Mithatpaşa Studiyasından başladı. Həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yayımlar saat 18:30 başlayıb 21:00 qədər davam edirdi. "Sehirli qutu"dakı yayımlar böyük həyəcanla qarşılanırdı.

Yeniliklər davam etməkdə idi. Bir il sonra yayımlar həftədə 4 günə qədər artırıldı.

1970-ci ildə TRT İzmir Televiziyası və 1971-ci ildə isə İstanbul Televiziyası fəaliyyətə başladı.

Türk xalqı ölkədə olan hər xəbəri TRT vasitəsilə öyrənib, anbaan izləyirdi. Hətta saatlar belə TRT-yə görə düzəldilirdi.

31 yanvar 1968-ci ildən bu günə qədər TRT daha keyfiyyətli daha yaxşı yayımlar üçün yeni-yeni addımlar atmaqdadır. Tematik, təlimçi yayımlarıyla, müxtəlif dillərdə yayımladığı proqramlarda Türkiyəni dünyaya tanıdan TRT həm də dörd bir yandan yayımladığı proqramlarla dünyanı Türkiyəyə gətirməkdədir.

Xəbər lenti

Xəbər lenti