...

Azərbaycan Maltanın "Eurovision" seçimlərində təmsil olunur

Cəmiyyət Materials 3 Fevral 2012 15:38 (UTC +04:00)
İctimai TV-nin aparıcısı və "Eurovision" qaliblərimiz Maltadadır.
Azərbaycan Maltanın "Eurovision" seçimlərində təmsil olunur

Azərbaycan, Bakı, 3 fevral / Trend /

İctimai TV-nin aparıcısı və "Eurovision" qaliblərimiz Maltadadır.

Trend-in mahnı müsabiqəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, İTv-nin aparıcısı, "Eurovision" mahnı müsabiqəsinin şərhçisi Hüsniyyə Məhərrəmova Maltanın ictimai yayımçısının dəvəti ilə bu ölkənin milli seçimlərində iştirak edir.

Bu gün Maltada "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçimlərinin yarımfinal mərhələsi keçirilir. Yarımfinalda iştirak edən 24 ifaçıdan 16-sı finala keçəcək. Maltanın milli seçimlərinin münsiflər heyətində "Eurovision 2011"-in qalibləri Eldar Qasımov və Nigar Camal da təmsil olunurlar.

Hüsniyə Məhərrəmova, Eldar Qasımov və Nigar Camal fevralın 6-dək Maltada olacaqlar.

Xəbər lenti

Xəbər lenti