...

Bakıda qarlı və şaxtalı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 5 Fevral 2012 11:56 (UTC +04:00)
Bakıda qarlı və şaxtalı hava şəraiti davam edəcək.
Bakıda qarlı və şaxtalı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir E.Mehdiyev/

Bakıda qarlı və şaxtalı hava şəraiti davam edəcək. Bu barədə bazar günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 4-8°şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Məlumatda qeyd olunur ki, ölkənin rayonlarında əsasən şimal və şərq rayonlarında zəif qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti