...

Bakıda anomal hava şəraiti ilə əlaqədar dünən 16 yol qəzası baş verib

Cəmiyyət Materials 8 Fevral 2012 11:51 (UTC +04:00)
Bakıda anomal hava şəraiti ilə əlaqədar dünən 16 yol qəzası baş verib.
Bakıda anomal hava şəraiti ilə əlaqədar dünən 16 yol qəzası baş verib

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda anomal hava şəraiti ilə əlaqədar dünən 16 yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, sürücülərin yol və meteoroloji şəraiti düzgün qiymətləndirmədiyindən baş verən bu qəzalarda 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə, qəzaların əksəriyyəti maddi ziyanla nəticələnib.

Bölmə rəisi bildirib ki, Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir.

Bunu nəzərə alaraq Əsədov sürücülərə təhlükəsizlik kəmərindən istifadə etmələrini tövsiyə edib.

Qeyd edək ki, Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin Yol Polisi gücləndirilmiş iş rejimində işləyir.

Bakının bütün prospekt və küçələrində yollar dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar buz bağlayıb. Avtomobillərin hərəkətində problem yaranıb.

Bakı Yol Polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, dünəndən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.

Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 10-na kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti