...

Azərbaycanda magistraturaya ərizə qəbulu üçün əlavə sənəd qəbulu komissiyaları yaradılıb

Cəmiyyət Materials 9 Fevral 2012 15:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu məqsədilə daha iki sənəd qəbulu komissiyası (SQK) yaradıb.
Azərbaycanda magistraturaya ərizə qəbulu üçün əlavə sənəd qəbulu komissiyaları yaradılıb

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu məqsədilə daha iki sənəd qəbulu komissiyası (SQK) yaradıb.

TQDK-dan cümə axşamı Trend-ə verilən məlumata görə, havaların şaxtalı keçməsi nəzərə alınaraq, bakalavrların ərizələrini rahat şəkildə təsdiq etdirmələri üçün TQDK-nın Şəki və Quba regional bölmələrində də SQK-nın yaradılması barədə qərar qəbul edilib. Adıçəkilən komissiyalardan əlavə respublika üzrə ümumilikdə 37 SQK fəaliyyət göstərir.

Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbuluna fevralın 8-dən başlanılıb. Ərizə qəbulu fevralın 17-dək davam edəcək. Bu müddətdə namizədlər "Bakalavrın elektron ərizəsi"ni doldurmalıdırlar.

Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən elektron imza sertifikatı əldə etmiş bakalavrlar həmin sertifikatlardan istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən təsdiqləyə bilərlər.

Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq, virtual ödəmə kartlarından istifadə ediləcək. Virtual ödəmə kartlarını internet ödəmə və ya SMS vasitəsilə əldə etmək mümkün olacaq.

Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.

Xəbər lenti

Xəbər lenti