...

Bakıda "Rusiya tarixi ili"nə həsr olunmuş tədbirlər keçiriləcək

Cəmiyyət Materials 15 Fevral 2012 15:10 (UTC +04:00)
Fevralın 16-17-də Bakıda "Rusiya tarixi ili" çərçivəsində bir sıra tədbirlər keçiriləcək. İnformasiya meydançası qismində respublikanın aparıcı agentlikləri - Trend, "Novosti-Azərbaycan", "İnterfaks-Azərbaycan" çıxış edəcəklər.
Bakıda "Rusiya tarixi ili"nə həsr olunmuş tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral / Trend, müxbir E.Tariverdiyeva /

Fevralın 16-17-də Bakıda "Rusiya tarixi ili" çərçivəsində bir sıra tədbirlər keçiriləcək. İnformasiya meydançası qismində respublikanın aparıcı agentlikləri - Trend, "Novosti-Azərbaycan", "İnterfaks-Azərbaycan" çıxış edəcəklər.

Bu tədbirlərin təşəbbüskarı MDU-nin tarix fakültəsi, Heydər Əliyev Fondu və "Vestnik Kafkaza" AİA çıxış edir.

"Vestnik Kafkaza"nın baş redaktoru, tarix fakültəsinin dekan müavini Aleksey Vlasovun sözlərinə görə, Bakıdakı görüşlərin başlıca məqsədi Azərbaycanla Rusiya arasında mövcud olan ümumi tarixi məkanın qorunub saxlanmasının daha effektiv yollarının axtarışıdır.
"

Uzun müddət ərzində ölkələrimizin dost xalqlarının aralarını vurmağa çalışan qeyri-peşəkarlar və ya siyasətbazlar tərəfindən iltizam verilmiş mövzuları müzakirə etməkdənsə, ümumi tariximizdəki böyük və faciəli hadisələr haqqında açıq və qərəzsiz danışmaq lazımdır. Eyni zamanda, biz bəzi "sarı" KİV-in istifadə etməyi xoşladıqları damğa və möhürlərdən qaçmalıyıq, özü də əgər bu bizim ümumi tariximizdəki Böyük Vətən müharibəsi kimi hadisələrlə bağlıdırsa", - o hesab edir.

Vlasov xatırladıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 9 May Qələbə Günü təntənələrində iştirak etmək üçün ötən il MDU tələbələrinin Bakıya səfəri baş tutub. Gələcək tarixçilər müharibə veteranları qarşısında çıxış etmək imkanı əldə ediblər.

"Məhz belə məqamlarda anlayırsan ki,tarix və müasirlik ayrılmaz surətdə bağlıdır. Təqdirəlayiq haldır ki, Rusiyada da, Azərbaycanda da tarixlərimizin ümumiliyi hissini artıq Sovet İttifaqının süqutundan sonra doğulmuş gənc nəslə ötürməyə qadir olan adamlar var", - o deyib.

Xəbər lenti

Xəbər lenti