...

"Eurovision" müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları təşkil edilməyəcək

Cəmiyyət Materials 7 Mart 2012 13:19 (UTC +04:00)
"Eurovision" müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları təşkil edilməyəcək.
"Eurovision" müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları təşkil edilməyəcək

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision" müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları təşkil edilməyəcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, imtahan tarixləri müəyyənləşdirilərkən müsabiqə keçirilən günlər nəzərə alınacaq.

"Elə ediləcək ki, müsabiqənin keçiriləcəyi günlərdə imtahan olmasın. Çünki hazırda Bakı şəhərinin bir yerindən başqa yerinə nə qədər müddətə gedib çatmağı müəyyən eləmək çətindir. Ona görə də kütləvi tədbirlər olan günləri biz imtahan keçirməyi istəməzdik", - Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahan cədvəlləri Novruz bayramından əvvəl, gələn həftə təsdiqlənəcək. Sınaq imtahanlarının keçirilməsinə isə apreldən başlanacaq.

Abbaszadə deyib ki, "Eurovision" müsabiqəsinin keçiriləcəyi günlərdə sınaq imtahanları yalnız regionlarda təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti