...

Bakıya qar yağıb

Cəmiyyət Materials 8 Mart 2012 08:40 (UTC +04:00)
Bakıya qar yağıb
Bakıya qar yağıb

Azərbaycan, Bakı, 8 mart /Trend/

Bakıya qar yağıb. Paytaxtda və Abşeron yarımadasında bu gün havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Məlumata görə, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sabah havanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.

Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10 şaxtadan 4 dəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti