...

Bakının mərkəzində Yeni Park kompleksinin tikintisi işlərinə başlanılıb

Cəmiyyət Materials 12 Mart 2012 14:33 (UTC +04:00)
Bakının mərkəzində Yeni Park kompleksinin tikintisi işlərinə başlanılıb.
Bakının mərkəzində Yeni Park kompleksinin tikintisi işlərinə başlanılıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində Yeni Park kompleksinin tikintisi işlərinə başlanılıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

İcra başçısının sözlərinə görə, Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər (Füzuli və Mirzəağa Əliyev küçələri arasındakı ərazi) olan sahədə 4500 avtomobil tutumlu 2 mərtəbəli yeraltı avtomobil qarajının və üzərində Yeni Park kompleksinin tikinti işlərinə başlanılıb.

Abutalıbov deyib ki, həmin sahədəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sökülmüş ərazilərdən əhalinin köçürülməsi prosesi gələn ayın sonuna qədər başa çatdırılacaq.

Sözügedən ərazidə tikinti işlərinin tam başa çatdırılması isə 2013-cü ilə nəzərdə tutulub.

O bildirib ki, yenidənqurma işləri aparılan ərazidən keçən kommunikasiya xətləri dəyişdiriləcək və yenidən çəkiləcək.

Xəbər lenti

Xəbər lenti