...

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Cəmiyyət Materials 15 Mart 2012 12:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 16-17-də Abşeron yarımadasında güclü Xəzri küləyi fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Martın 16-da Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Mülayim şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti