...

Azərbaycanda növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 Mart 2012 11:53 (UTC +04:00)
Azərbaycanda növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb.
Azərbaycanda növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb.

Trend-in məlumatına görə, cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, III qrup üzrə qəbul imtahanı iyulun 1-də, I qrup üzrə iyulun 8-də, IV qrup üzrə iyulun 14-də, II qrup üzrə isə iyulun 20-də keçiriləcək.

Abbaszadə deyib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.

Abbaszadə bildirib ki, sınaq imtahanları aprelin 8-dən başlayacaq.

Həmin ayda ikisi əsas, ikisi təkrar olmaqla 4 sınaq imtahanı keçiriləcək. Əsas sınaq imtahanları aprelin 8-i və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da olacaq.

Mayın 6-sı əsas sınaq imtahanı olacaq. Mayın 20-də keçirilən təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti