...

"Eurovision 2012"-də iştirakdan imtina etməklə ermənilər özlərinin kimliyini bir daha ortalığa qoydular - politoloq

Cəmiyyət Materials 16 Mart 2012 17:54 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan imtina etməklə ermənilər özlərinin kimliyini bir daha ortalığa qoydular.
"Eurovision 2012"-də iştirakdan imtina etməklə ermənilər özlərinin kimliyini bir daha ortalığa qoydular - politoloq

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan imtina etməklə ermənilər özlərinin kimliyini bir daha ortalığa qoydular. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cümə günü keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistanın rəsmi strukturları erməni hərbçinin öldürülməsi ilə bağlı məlumat yaymazdan əvvəl erməni müğənnilərin məhz bunu əsas götürüb imtina etməsi onu deməyə əsas verir ki, erməni müğənnilərin Azərbaycanda "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan imtinasının arxasında duranların bu hərbçinin ölümündən əvvəlcədən xəbərləri var imiş.

"Sonradan bəlli oldu ki, erməni müğənnilərin Bakıdakı tədbirdə iştirakdan imtinasına səbəb olan hərbçi ölümünün səbəbkarı Azərbaycan snayperi deyil, erməni hərbçilərin özləri imiş. Ehtimal ki, erməni hərbçilər rəsmilərinin təlimatı əsasında həmin erməni əsgərini özləri şüurlu şəkildə öldürüb", - Əhmədoğlu bildirib.

O vurğulayıb ki, məqsədlərinə çatmaq uğrunda öz millətlərinin nümayəndələrini öldürmək ermənilərdə milli ənənədir.

"Sumqayıt hadisələrinə də bu kontekstdən yanaşmaq daha məqsədəuyğundur. Erməni müğənnilərin Bakıdakı tədbirdən imtina etməsinin Azərbaycanla əlaqəsi olmayan, Ermənistanın daxilindəki siyasi proseslərlə, o cümlədən parlament seçkiləri ilə əlaqəli olan digər səbəbləri də mövcuddur. Hər halda yaxın gələcək hər şeyi göstərəcək", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti