...

Bakı polisi müxalifətin keçirdiyi icazəli mitinqlə bağlı məlumat yayıb

Cəmiyyət Materials 17 Mart 2012 17:17 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi bu gün müxalifətin keçirdiyi icazəli mitinqlə bağlı məlumat yayıb.
Bakı polisi müxalifətin keçirdiyi icazəli mitinqlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 17 mart /Trend/

Bakı şəhər Baş Polis İdarəsi bu gün müxalifətin keçirdiyi icazəli mitinqlə bağlı məlumat yayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Bu gün özünü Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Saat 15:00-dan 17:00-dək davam edən toplantıda AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən bir neçə müxalif yönümlü gənclər təşkilatlarının ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib", - məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Xəbər lenti

Xəbər lenti