...

"Gələcəyimizi sığortalayaq" layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb (FOTO)

Cəmiyyət Materials 19 Mart 2012 15:00 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi sığortalayaq" layihəsinin ikinci mərhələsi üzrə nəticələri açıqlayıb.
"Gələcəyimizi sığortalayaq" layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir K.Zərbalıyeva/

"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi sığortalayaq" layihəsinin ikinci mərhələsi üzrə nəticələri açıqlayıb.

"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncamı əsas tutaraq başlatdıqları "Gələcəyimizi sığortalayaq" layihəsi üzrə ikinci mərhələ başa çatıb.

ASC-dən Trend-ə verilən məlumata görə, bu mərhələdə 50 tələbə "Başak-İnam Sığorta Şirkəti" ASC-nin təmənnasız olaraq təşkil etdiyi "Ümumi Sığortaçılıq" təlimlərinə qatılıb, həftədə 2 dəfə olmaqla 2 ay davam edən təlimləri imtahan verərək başa çatdırıblar.

İmtahanda tələbələrin ümumilikdə 50 suala 100 dəqiqə ərzində cavab verməsi tələb olunurdu. İmtahanda maksimim 100 bal toplamaq mümkün idi və 70 bal keçid balı kimi müəyyənləşdirilmişdi.

Nəticələrə əsasən, ən yüksək bal 90, tələbələrin orta nəticəsi isə 74 bal olub.

Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr "Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər. Layihənin növbəti mərhələsinə ATGTİ ilə məsləhətləşmələrdən sonra başlanılacaq.

Xəbər lenti

Xəbər lenti