...

Bakıda 7 tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib

Cəmiyyət Materials 19 Mart 2012 14:57 (UTC +04:00)
Əsaslı təmir və tikintidən sonra Bakıda 7 tibb müəssisəsi istifadəyə verilib.
Bakıda 7 tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/

Əsaslı təmir və tikintidən sonra Bakıda 7 tibb müəssisəsi istifadəyə verilib.

Trend-in bazar ertəsi Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni istifadəyə verilən tibb müəssisələri 35 nömrəli Uşaq Kardiorevmotoloji Sanatoriyası, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanası, 3 nömrəli Doğum evi, 16 nömrəli Şəhər Poliklinikası, 8 nömrəli şəhər poliklinikası, 26 nömrəli Şəhər poliklinikası və 16 nömrəli Uşaq Poliklinikasıdır.

Bu müəssisələrdə ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılıb, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub. Bu da müəssisələrdə əhaliyə daha keyfiyyətli tibbi yardım göstərmək imkanlarını artırıb.

Xəbər lenti

Xəbər lenti