...

Səhiyyə Nazirliyi 126 sahibkarı cərimələyib

Cəmiyyət Materials 19 Mart 2012 16:55 (UTC +04:00)
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin fevral ayında 126 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyi 126 sahibkarı cərimələyib

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin fevral ayında 126 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.

Səhiyyə Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin müəssisələr yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozublar, o cümlədən, məhsullarının laboratoriya müayinələri zamanı onların gigiyenik normalara cavab vermədiyi məlum olub. Bununla yanaşı, ötən ay 24 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 31 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 914, mikrobioloji göstəricilərinə görə 769, toksikoloji göstəricilərinə görə 218, radioloji göstəricilərinə görə 54 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 21-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub.

Şadlıq evlərindən 2380 yaxma nümunəsi, 11 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 34-də mikrobioloji çirklənmə aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti